Cümə, 03 May

Finlandiya ABŞ-dan "F-35A" qırıcılarını almağa qərar verdi

image

Finlandiya hava qüvvələrini təkmilləşdirmək üçün ABŞ-ın "Lockheed Martin" şirkətindən "F-35A Lightning II" çoxfunksiyalı qırıcıları alacaq. TASS xəbər verir ki, bu barədə cümə günü Finlandiya hökuməti məlumat yayıb. Ümumilikdə 64 təyyarə alınacaq.

Finlandiya bundan əvvəl bir neçə şirkətə 1995-ci ildən istismarda olan "F/A-18 Hornet" qırıcılarının dəyişdirilməsi üçün tenderdə iştirak etmək üçün dəvət göndərib. Dörd ölkədən olan istehsalçılar öz versiyalarını göndərməyə dəvət edilib: Böyük Britaniya, İsveç, Fransa və ABŞ. Bu ilin aprelində ölkə şirkətlərdən qırıcıların alınması ilə bağlı yekun təkliflər alıb.

Yeni təyyarələrin alınmasına təxminən 9,4 milyard avro xərclənməsi planlaşdırılır.

1995-ci ildə alınmış "F/A-18 Hornet" qırıcılarının istismar müddəti 2030-cu ildə başa çatacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15